Dani Olmo İngiltərədə oynaya bilər. “Barselona”dan ayrılmağa məcbur olan yarımmüdafiəçi “Mançester Siti”nin hədəfinə düşüb.
Futbolinfo.az xəbər verir ki, İspaniya klubu maliyyə problemləri üzündən onu qeydiyyata sala bilmədi. Bu isə futbolçunun azad agentə çevrilməsi ilə nəticələndi. “Şəhərlilər” fürsətdən yararlanmağa çalışır.
Lakin Olmo hələ gözləmə mövqeyindədir. O, “Barselona”nın problemləri həll edəcəyinə inanır. Vəziyyət dəyişməsə, Dani təkliflərdən birini dəyərləndirməli olacaq.