İspaniyanın “Real” klubunda prezidentliyə və İdarə Heyətinə növbəti seçkilərin çağırılması prosesinə başlanılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
Bəyanatda qeyd olunub ki, seçki prosesi yanvarın 7-də, saat 17:30-da rəsmi olaraq başlayacaq .
Hazırkı klub prezidenti Florentino Peresin və İdarə Heyətinin 13 aprel 2021-ci ildə başlayan səlahiyyət müddəti bu ilin aprel ayında başa çatacaq.
Peres iki dövr ərzində prezident vəzifəsində çalışıb. Onun fəaliyyəti 2000-2006-cı illər, sonra isə 2009-cu ildən bu günə qədər olan dövrü əhatə edir.
İspaniyanın AS nəşri yazır ki, Peres əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də rəqibsizdir və onun yenidən prezident seçiləcəyi gözlənilir. 2009, 2013, 2017 və 2021-ci il seçkilərində Peres bu vəzifəyə yeganə namizəd olub. Bunun əsas səbəblərindən biri kimi seçki prosesinin ciddi qaydalar tələb etdiyi bildirilir.