“Kəpəz”in baş məşqçisi Azər Bağırov qış toplanışı zamanı komandasının ilk məşqində iştirak edə bilməyəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a 40 yaşlı mütəxəssis özü məlumat verib.

O, bel nahiyəsindən kiçik əməliyyat keçirdiyi üçün hazırlığın ilk gününü buraxmalı olacaq.

“Kəpəz” qış təlim-məşq toplanışına bu gün start verəcək. Komanda yanvarın 9-da “Qarabağ”la yoxlama görüşündə qüvvəsini sınayacaq.

Shares: