“Milan”ın hücumçusu Rafael Leao İtaliya superkubokunun “Yuventus”la yarımfinal oyununu buraxacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə “rossonerilər”in baş məşqçisi Serjio Konseysao yerli mətbuata açıqlamasında bildirib.

O, portuqaliyalı hücumçunun zədə səbəbindən meydana çıxa bilməyəcəyini söyləyib.

“Milan” – “Yuventus” görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi həlledici mərhələdə “İnter”lə qarşılaşacaq.

Shares: