Avroliqada 19-cu tura start verilib. Yeni ilin ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Çempionatın əsas favoritlərindən sayılan “Olimpiakos” səfərdə “Jalgiris”i 92:85 hesabı ilə məğlub edib. “Alba” – “Monako” görüşündə də favorit statusunu nümayiş etdirib. Qonaqlar çətinlik çəkmədən 105:90 hesabı ilə qələbə qazanıblar.
Keçirilən digər iki oyun da qonaqların zəfəri ilə başa çatıb. “Milan” Fransada ASVEL-ə qalib gəlib – 66:75. Ən gərgin oyunda isə “Srvena Zvezda” son saniyələrdə “Baskoniya”nı məğlub edib – 75:73.
Bu gün 19-cu turun oyunarına yekun vurulacaq. Turun ən maraqlı qarşılaşması İstanbulun iki komandası – “Anadolu Efes” və “Fənərbaxça” arasında olacaq.