Kanadada keçirilən hokkey üzrə gənclər arasında dünya çempionatında sensasiya baş verib. Ottava şəhərindəki “Canadian Tir Center”də qarşılaşan Çexiya və Kanada milli komandalarının görüşü avropalıların qələbəsi ilə başa çatıb.
4:3 hesabı ilə qalib gələn çex hokkeyçiləri yarımfinala adlayıblar. Ev sahibi Kanada isə yarışı gözlənilməz şəkildə tərk edib.
Çexiyalı hücumçu Petr Sikora oyunun 43-cü saniyəsində hesabı açıb, 10 dəqiqə sonra azlıqda qalan kanadalılar Tanner Hounun sayəsində bərabərliyi təmin ediblər. 13-cü dəqiqədə Yakub Stanzl və fasiləyə üç saniyə qalmış Eduard Şaletin güclü oyunu Çexiyaya 2 top fərqi ilə önə keçməyə imkan verib. Porter Marton 38-ci dəqiqədə say üstünlüyündən yararlanaraq fərqi azaldıb, 56-cı dəqiqədə isə Bredli Nadeu hesabı bərabərləşdirib. Oyunun başa çatmasına 40 saniyə qalmış Adam Eko Çexiyaya qələbə qazandıran qolu vurub.
DÇ-2025-in yarımfinalında Çexiya yığması ABŞ komandası ilə qarşılaşacaq.