Avstriyanın “Red Bull” komandası Bybit kriptovalyuta birjası ilə əməkdaşlığı dayandırıb. Bu barədə “Racingnews365” xəbər verir.
Bybit loqosu “Red Bull” sponsorlarının rəsmi siyahısından çıxarılıb.
Formula 1 komandası və birja 2022-ci il mövsümü ərəfəsində əməkdaşlıq müqaviləsi imzalamışdılar. Onun dəyəri ildə 50 milyon dollar idi. Mənbənin sözlərinə görə, Bybit və “Red Bull” yeni müqaviləni müzakirə etsələr də, heç bir kompromis əldə edə bilməyiblər. Həmçinin, Avstriyadan olan komandanın tezliklə bir neçə yeni sponsorla müqavilələr imzalayacağı da bildirilir.
Son Formula 1 mövsümünündə “Red Bull” Mühəndislər Kubokunda üçüncü yeri tutub.