Hazırda “Hypers Guba” komandasında çıxış edən Nurlan Novruzov gələcəyi ilə bağlı qərar vermək ərəfəsindədir. 31 yaşlı hücumçu futbolinfo.az saytına açıqlamasında II Liqa təmsilçisindən ayrıla biləcəyini deyib.
Vaxtilə “Bakı”da parlamış Nurlan indi I Liqada mübarizə aparan “Qaradağ Lökbatan”la ilkin razılıq əldə edib. Amma o, müqavilə imzalamaq üçün mövcud şərtləri və hazırkı komandasını nəzərə almalıdır.
Novruzovun “Hypers Guba” ilə müqaviləsi maya qədər qüvvədədir və bu müddət ərzində onun başqa bir kluba keçməsi hüquqi baxımdan problem yarada bilər. Buna baxmayaraq, “Qaradağ Lökbatan”la gələcəkdə əməkdaşlıq etməyə dair sözdə razılıq əldə olunub. Quba təmsilçisi ilə razılıq əldə olunsa, Novruzov komandasını elə indi dəyişəcək.
Xatırladaq ki, Nurlan son illər Moldova, Estoniya, Nepal və Litva klublarında çıxış edib.
GÜNAY SÜLEYMANOVA