Basketbol üzrə Avroliqa turnirində 19-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, İstanbul derbisində qalib tərəf “Fənərbağça” olub.

Oyunun 3-cü periodunun ortalarına qədər meydançada gərgin mübarizə gedib. Həm “Anadolu Efes”in, həm də meydan sahiblərinin xeyrinə dəyişən qarşılaşmanın yekun hesabı 84:76 olub. Beləliklə də, “Fənərbağça” ardıcıl 3 məğlubiyyətdən sonra qalib gəlməyi bacarıb. Görüşün ən məhsuldar basketbolçusu 20 xal toplayan Marko Quduriç olub.

“Panatinaikos” evdə çətinlik çəkmədən “Virtus”u üstələyib – 111:90.
Madrid “Real”ı ardıcıl 4-cü qələbəsini qazanıb. İspanlar bu dəfə “Bayern”i məğlub ediblər – 88:76. “Barselona” da uğursuzluq seriyasına son qoyaraq “Paris”i məğlub edib – 79:90.
Belqradda keçirilən qartşılaşmada isə “Partizan” İsrailin “Makkabi” komandası üzərində qələbə qazanıb – 98:75.

19 turdan sonra “Monako” və “Olimpiakos” turnir cədvəlinə başçılıq edir. 12 qələbə qazanan “Panatinaikos” 3-cü yerdə qərarlaşıb. “Fənərbağça” 11 qələbə ilə 5-ci, “Anadolu Efes” isə 10 qələbə ilə 9-cu sıradadır.

Shares: