Madrid “Real”ının klub televiziyası “Valensiya” ilə 12-ci tur matçında (2:1) Vinisius Juniorun rəqib qapıçını itələdikdən sonra qırmızı vərəqə alması epizodundan danışıb.
“Valensiyanı, CTA-nı (İspaniya Hakimlər Texniki Komitəsi) və bu çirkli liqanı məğlub etdik. “Real” hər şeyə və hər kəsə qarşı mübarizə apardı”, – deyə televiziyanın məlumatında qeyd edilir.
Xatırladaq ki, Vinisius “Real”ın hücumlarından birindən sonra cərimə meydançasında oturaq vəziyyətdə olarkən, “Valensiya”nın qapıçısı Stol Dimitrievski arxadan gəlib onun saçına toxunub. Buna cavab olaraq braziliyalı iki əli ilə qapıçını itələyib. Şəkillərdən də göründüyü kimi, qapıçı həmin anda Vinisiusun saçından dartır.