“Ayntraxt”ın 25 yaşlı mərkəz hücumçusu Ömər Marmuş İngiltərənin “Mançester Siti” klubuna keçməyə yaxındır.

Bu barədə “Foot Mercato” məlumat verib. Mənbənin məlumatına görə, İngiltərə klubunun təmsilçiləri oyunçunun agentinə təklif göndəriblər. Misirli futbolçunun özü də bu transferdə maraqlıdır və artıq ingilis tərəfi ilə danışıqlar aparıb.

Futbolçunun transferində “Arsenal”, “Tottenhem” və “Liverpul” da maraqlıdır. Lakin Marmuş özünü “Mançester Siti”də görür və bu kluba keçidə üstünlük verir. Hazırda “Siti təmsilçiləri” Frankfurt “Ayntraxt”ı ilə forvardın keçidi üçün təzminat məbləğini razılaşdırmalıdırlar.

Bu mövsüm hücumçu bütün turnirlərdə 24 matçda meydana çıxıb, 18 qol vurub, 12 məhsuldar ötürmə edib. “Transfermarkt” portalının məlumatına görə, Marmuşun satış dəyəri 60 milyon avrodur.

Shares: