Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” futbolçularının qış fasiləsinə qədər olan bəzi statistik göstəriciləri açıqlanıb.
Futbolinfo.az “Bild”ə istinadən xəbər verir ki, zərbənin sürəti və gücü ilə bağlı göstəricidə Mahir Emreli də fərqlənib.
O, 2-ci bundesliqa oyunlarının birində topu 118,1 km/saat sürətlə vurub. Bu, mövsümün ilk yarısında “Nürnberq” futbolçuları arasında ən yüksək göstəricidir.
Qeyd edək ki, M.Emreli bu mövsüm Almaniya klubunun heyətidə bütün turnirlərdə 13 matçda meydana çıxıb, 4 qol vurub, 1 qolun isə ötürməsini verib.