“Şamaxı” qış transfer pəncərəsi dövründə ilk keçidi reallaşdırmaq üzrədir. Bölgə təmsilçisi Andrey Tirkoveanunu düşərgəyə qatıb.

Futbolinfo.az xəbər verir ki, hazırlığını Bakıda davam etdirən bakılılar rumın yarımmüdafiəçi ilə müqaviləni tezliklə rəsmiləşdirəcək. Lakin öncə futbolçunun sabah tibbi müayinədən uğurla keçməsi lazımdır. Formallıqlar bitdikdən sonra hücumameylli oyunçu ilə ilyarımlıq müqavilə bağlanacaq.

Son mövsümü Kanadanın “Pasifik” klubunda keçirmiş 27 yaşlı futbolçu daha öncə bütün karyerasını vətənində davam etdirib. “Dinamo”, “Qaz Metan”, “Vitorul”, “Konkordiya”, “Botoşani” və “Arceş”də şıxış etmiş Andrey həmişə klubunu azad agent kimi tərk edib.

Shares: