“Qarabağ” transfer bazarında fəallaşıb. Ağdamlılar heyəti gücləndirmək üçün bir neçə variantı gözdən keçirir.
Futbolinfo.az xəbər verir ki, əsas məqsəd müdafiənin mərkəzinə və hücum xəttinə legioner transfer etməkdir. Baş məşqçi Qurban Qurbanovun bəyəndiyi oyunçular var, klub rəhbərliyi hazırda keçidlərin reallaşması üçün cəhd göstərir.
Qış fasləsində futbolçu transfer etmək, yaxşı oyunçu tapmaq asan iş deyil. Qurbanovun sıradan oyunçulara diqqət göstərmədiyi də bəlllidir. Səviyyəsi ilə seçilən oyunçuları isə Azərbaycana gətirmək asn deyil. Bu səbəbdən hətta bəzən təklif olunan yüksək məbləğlər də transferlərin reallaşması üçün kifayət etmir. Lakin “Qarabağ” hazırda danışıq apardığı oyunçulardan bir mərkəz müdafiəçisinin və bir hüçumçunun transferini həll etmək üçün dayanmadan çalışır.
Təəssüf ki, yeni oyunçuları Avropa Liqası matçları üçün sifariş etmək olmayacaq. Yalnız komanda qrup mərhələsini adlayacağı halda bu mümkündür, ona isə inam azdır. “Qarabağ”ın əsas niyyəti “Sevilya”ya satışı tezliklə rəsmiləşəcək Olavio Juninyonu əvəzləmək və müdafiədəki çatışmazlığı yoluna qoymaqdır. Yeni oyunçular komandaya ölkədaxili yarışlarda uğur qazanmağa kömək etməli, eyni zamanda yeni avrokubok mövsümünəcən heyətə uyğunlaşmalıdırlar.