2024-cü ilin ən yaxşı bombardirləri açıqlanıb. İFFHS bütün turnirlər nəzərə alınmaqla ən çox qol vuranların cədvəlini tərtib edib.
İsveç millisinin və “Sportinq”in hücumçusu Viktor Dyökereş ilin ən məhsuldar oyunçusu olub. O, 62 qola imza atıb.
Erlinq Haland 49 qolla 2-ci, Harri Keyn 46 topla 3-cü olub. Kriştianu Ronaldo 43 qolla “dördlüy”ü qapayıb. Lionel Messi 29 qolla 44-cü yeri tutub.
Qeyd edək ki, ümumi siyahıda ən azı 28 qol vuran 57 futbolçu yer alıb.
1. Viktor Dyökereş – 62
2. Erlinq Haland – 49
3. Harri Keyn – 46
4. Kriştianu Ronaldo – 43
5. Robert Levandovski – 42
6. Vu Ley – 42
7. Ayub El-Kaabi – 41
8. Conatan Devid – 41
9. Rafaelson – 40
10. Akram Afif – 39