“Fənərbaxça”nın vitse-prezidenti Acun Ilıcalı əzəli rəqibləri “Qalatasaray”ı növbəti dəfə ittiham edib. O, Superliqada dünən “Hatayspor”a qalib gəldikləri (2:1) oyundan sonra türkiyəli jurnalistlərə açıqlama verib.
Ilıcalı hakimlərin komandasına təzyiq etdiyini bildirib: “Göztəpə” və “Eyüpspor”la matçlarda penaltimiz verilsəydi, indi aramızdakı xal fərqi 8 yox, 4 idi. Rəqib komandanın xal itirdiyi oyun yoxdur. Onlar üsyan edirlər, federasiya ilə məhkəmədədirlər. Amma neçə xal itiriblər? 0. Biz 4 xal itirmişik. “Qalatasaray” öz meydanında nə vaxt qırmızı vərəqə alıb? Dünya çempionatından əvvəl. 2,5 ildir qırmızı vərəqə görməyiblər. Bu, bir komediya filmidir. “Qalatasaray”ın qırmızı vərəqə almalı olduğu 4-5 matç var. Baş məşqçimizin Joze Mourinyonun əhvalı çox pisdir. O sual edir ki, bizim rəqibimiz kimdir?”
Ilıcalı “Qalatasaray” açıq-aşkar irəli çəkildiyini iddia edib: “Hazırda Türkiyə futbolunda ədalət yoxdur, hakimlik isə bitib, torpağa basdırılıb. Əcnəbi hakim istəyirik”.
“Qalatasaray” isə bəyanat yayaraq “Fənərbaxça” klubunun iddialarını rədd edib. “Mövsümün əvvəlində əcnəbi VAR hakimi ilə bağlı tələblərimiz olsa, bu, qəbul edilmədi”, – deyə sənəddə bildirilib.