“Arsenal”ın gənc futbolçusu İtan Nvaneri “topçular”ın, eyni zamanda Premyer Liqanın tarixinə düşüb. XX turda “Brayton”la matçda (1:1) fərqlənən futbolçu “Arsenal”ın heyətində Premyer Liqada 18 yaşına çatmamış birdən çox qol vuran ilk oyunçu olub.
O, 17 yaş 290 günlüyündə fərqlənib. Noyabrda “Nottinqem Forest”lə oyunda (3:0) qol vuran yarımmüdafiəçi həmçinin İngiltərə Premyer Liqasında bu göstəriciyə nail olan altıncı futbolçudur.
Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan Nvaneri əsas komandada cari mövsümdə cəmi iki dəfə start heyətində meydana çıxıb.