I Liqa təmsilçisi “İmişli” 2 futbolçusu ilə yolları ayırıb. Aranlılar Bahadur Həziyev və Elnur Cəfərovla vidalaşıb.

“Çəhrayı pələnglər” hər iki oyunçu ilə bağlanan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Yaxın günlərdə bununla bağlı klubun rəsmi məlumat verəcəyi gözlənilir.

“İmişli” I Liqada 11 turdan sonra 21 xalla 3-cü pillədə qərarlaşır.

Shares: