Kortina d’Ampezzoda infrastruktur turnirin başlamasına qədər hazır olmasa, 2026-cı il Olimpiya Oyunlarının bobsley, skeleton və luge yarışları Leyk Plesiddə keçirilə bilər. Bu barədə Olimpiadanın təşkilat komitəsi məlumat yayıb.
ABŞ ehtiyat variant kimi qeyd edilir. Olimpiya qurğularında işlərə ötən ilin fevralında başlanmasına baxmayaraq, hər şey qrafikə uyğun davam edir. Artıq Kortina d’Ampezzoda işlərin 67%-i tamamlanıb və bu ilin martına qədər hər şeyə yekun vurulacaq.
Xatırladaq ki, İtaliyada Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək keçiriləcək.