Kevin de Bruyne gələcəyi haqda qərar verməyə tələsmir. “Manmester Siti”nin ulduzu hazırda əvvəlki formasına qayıtmaq haqqında daha çox düşünür.

Futbolinfo.az xəbər verir ki, “şəhərlilər”lə müqaviləsi mövsümün sonunda bitəcək belçikalı yarımmüdafiəçi bu barədə müsahibəsi zamanı deyib: “Karyeramı harada davam etdirəcəyim haqqında düşünmürəm. Doğrusu, buna çox da önəm vermirəm. Hazırda ən yaxşı səviyyəmə dönməyə çalışıram. Hər həftə daha yaxşı oynadığımı hiss edirəm. Zədə üzündən son bir neçə ay çətin keçdi. Lakin artıq 90 dəqiqə oynaya bilirəm”.

Xatırladaq ki, 33 yaşlı belçikalı 10 ildir oynadığı “Mançester Siti”dən ayrıla bilər. Klubu onunla müqaviləni yeniləməkdə maraqlı deyil. Belçikalıya bir sıra ərəb klubları təklif göndərib.

Shares: