Mingəçevir şəhərində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə boks üzrə açıq rayon birinciliyi keçirilib.

Turnirdə 50-dək idmançı qalib adı uğrunda mübarizə aparıb.

10 çəki dərəcəsində baş tutan yarışda ümumi komanda hesabında “Nur şəhəri”nin təmsilçiləri 1-ci yerə sahib çıxıblar. Digər yerlərdə Tərtər və Bərdə boksçuları qərar tutublar.

Qaliblər medal və diplomla mükafatlandırılıb.

BƏHRUZ MUSAYEV

Shares: