“Orxan Əliyevə “Turan Tovuz”dan yaxşı təklif gəldi. O da dəvəti qəbul edib, özünü Tovuz klubunda görərək “Kəpəz”dən ayrıldı”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında Gəncə klubunun baş məşqçisi Azər Bağırov bildirib.

Bağırov hücumçu ilə heç bir şəxsi problemin olmadığını və qərarın futbolçunun öz seçimi olduğunu vurğulayıb: “Bu qərarın necə nəticələnəcəyini zaman göstərəcək. Statistikaya baxsaq, onun əsas oyunçularımızdan biri olduğunu görmək mümkündür. Orxanla heç bir şəxsi problemim olmayıb. Əgər hər hansı problemimiz olsaydı, onu oynatmazdım. Ancaq iştirak etdiyi oyunların əksəriyyətində əsas heyətdə yer alıb. Təbii ki, bu ayrılıq bizim oyunumuza təsir edə bilər, lakin bunun öhdəsindən gələcəyimizə inanıram. İnşallah, daha güclü olmağa çalışacaq, səhvlərimizi minimuma endirəcəyik. Komandamızın bütün zonalarını gücləndirmək planımız var və bunu zamanla həyata keçirmək niyyətindəyik. Planlı şəkildə çalışaraq, işimizi davam etdirəcəyik”.

GÜNAY SÜLEYMANOVA

- Futbolinfo.az
Shares: