Maliyyə sıxıntısı çəkən “Barselona” problemlərdən qurtulmaq üçün müxtəlif variantlar haqqında düşünür. Dani Olmonu qeydiyyata sala bilməyən İspaniya nəhəngi indi azad agentlərin “ovuna çıxıb”.
Futbolinfo.az xəbər verir ki, Olmonu “Mançester Siti”yə satmaq və “Milan”a icarəyə göndərmək haqqında düşünən klub rəhbərliyi onun yerini doldurmaq üçün 3 futbolçunu nəzərdən keçirir. Namizədlər Coşua Kimmix, Leroy Sane və Xın Min Sondur.
İlk iki oyunçunun “Bayern”lə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. “Barselona” klubları ilə yeni anlaşmadan boyun qaçıran Almaniya millisinin üzvlərindən ən azı birini heyətinə qatmağa çalışır. Xın Min Son isə “Tottenhem”dən ayrılmaq niyyətindədir və katalonlar onun da keçidinə isti yanaşır.