“Ayaks”, “Barselona”, “Milan” və Niderland millisinin sabiq futbolçusu Patrik Klyuvert İndoneziya millisinə baş məşqçi təyin edilib. Bu barədə tanınmış jurnalist Fabrizio Romano X sosial şəbəkə səhifəsində məlumat verib.
Mənbənin sözlərinə görə, tərəflər arasında müqavilə daha 24 ay uzadılması imkanı ilə iki il müddətinə nəzərdə tutulub. Yanvarın 12-də mütəxəssisin rəsmi təqdimat mərasiminin keçiriləcəyi bildirilir.
Klyuvertin son iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub. Əvvəllər o, iki il Kyurakao millisini çalışdırıb. Klyuvert futbolçu karyerası ərzində “Ayaks”, “Milan”, “Barselona”, “Nyukasl”, “Valensiya”, PSV və “Lill” kimi komandalarda çıxış edib.