DFB Schiri GmbH şirkətinin icraçı direktoru Knut Kirxer, 2025/26 mövsümündən etibarən Almaniya çempionatında yarımavtomatik ofsayd aşkarlama texnologiyasından (SAOT) istifadə ediləcəyini bildirib. Hakimliklə bağlı digər yenilik video assistentlərin müdaxiləsindən sonra stadionda hakim qərarlarını elan etmək və meydanın monitorunda təkrarlara baxmaq təcrübəsidir. Bunlar FİFA-nın tövsiyələrinə uyğun həyata keçirilə bilər.
“Hazırda bu layihənin müzakirəsi gedir. FİFA-nın əldə etdiyi nəticələri gözləmək lazımdır. İlk növbədə bu yeniliyin necə qəbul edildiyinə baxmaq lazımdır. Təbii ki, bunun hakimlərimizə mənfi təsir göstərməsinə imkan verə bilmərik”, – deyə hakimlərin rəhbəri “Kicker”ə müsahibəsində deyib.