Çinin “Şanxay Şenxua” klubu “Sabah”ın baş məşqçisi Vasili Berezutskinin boşluğunu doldurmağa yaxındır.

Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ölkənin əfsanəvi futbolçularından sayılan Oleq Veretennikov Asiyaya yollanmağa hazırlaşır.

Belə ki, Vasili Berezutskinin gedişindən sonra özünə yeni köməkçi axtaran Leonid Slutski rəhbərlikdən Veretennikovun gəlişini istəyib. Əvvəllər “Tobol”, “Rotor”, “Luç-Enerji”, “Rubin”, “Kuban” kimi klublarda işləmiş 55 yaşlı Veretennikov ötən ilin sentyabrından işsizdir.

Qeyd edək ki, Berezutski ötən ilin noyabrında “Şanxay Şenxua”dan ayrılaraq “Sabah”ın “sükanı arxasına” keçib.

Shares: