“Qarabağ”ın “Astana” klubunun futbolçusu Usman Kamaranı transfer etmək şansı getdikcə azalır.
Futbolinfo.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, buna səbəb 26 yaşlı vingerlə maraqlanan klubların sayının artmasıdır.
Daha əvvəl Azərbaycan çempionu ilə yanaşı, Türkiyə təmsilçisi “Sivasspor” Qvineya millisinin üzvünü heyətinə qatmaq fikrində idi. Artıq Norveç və Yunanıstan klublarının da onu transfer siyahısına əlavə etdiyi bildirilib. Bu isə o deməkdir ki, “Qarabağ”ın daha əvvəl təklif etdiyi 900 min avroluq təklif yetərli olmaya bilər.
Qeyd edək ki, Usman Kamaranın “Astana” ilə müqavilə müddəti 2026-cı ilin sonuna qədərdir.