“Qarabağ”ın hücumçusu Juninyo Olavio ilə maraqlanan yeganə klub “Sevilya” olmayıb.
Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin köklü klublarından “Flamenqo”nun da transfer hədəfində olub. Lakin A Seriyası təmsilçisinin rəsmi danışığa keçmək imkanı olmayıb. Çünki karyerasını İspaniyada davam etdirməkdə qərarlı olan Juninyo ilə təmasdaca bunu “Flamenqo” rəhbərliyinə çatdırıb.
28 yaşlı forvard hətta bunun üçün cibindən 1 milyon avro ödəməyə də razıdır. Halbuki “Flamenqo” La Liqa təmsilçisindən ikiqat çox maaş təklif edib. Braziliyalılar futbolçunun qərarına hörmətlə yanaşaraq, “Qarabağ”a təklif göndərmək fikrindən vaz keçib.
Qeyd edək ki, Juninyonun “Sevilya” ilə 2+1 illik müqavilə imzalaması və bu keçidin “Qarabağ”a 4 milyon avro qazandırması gözlənilir.