Qış fasiləsində “Sumqayıt”dan ayrılan Fernando da Silvanın yeni klubu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi yenidən Albaniyada çıxış edəcək. 28 yaşlı orta sahə oyunçusu “Sumqayıt”dan əvvəl formasını geyindiyi “Eqnatiya” ilə anlaşıb.

Dünən Albaniyaya yollanan futbolçu ölkənin digər komandası “Partizani”nin də maraq dairəsində idi. Lakin o, gözlənildiyi kimi, sabiq komandasına üstünlük verib.

Qeyd edək ki, Fernando da Silva “Sumqayıt”a mövsümün əvvəlində “Eqnatiya”dan keçmişdi. Hazırda bu komandada millimizin üzvü Zamiq Əliyev də oynayır.

Shares: