DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Ukrayna yığmasının baş məşqçisi dəyişə bilər.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, hazırkı çalışdırıcı Sergey Rebrov seçmə mərhələ başlamamış istefaya göndərilə bilər.

UEFA Millətlər Liqasında A liqasına yüksəlmək uğrunda Belçika ilə keçiriləcək pley-off oyunları bu mənada həlledici ola bilər. Ukraynada artıq Rebrovun yerinə mümkün namizədlərlə bağlı müzakirələrə də başlanılıb.

“Niva” klubunun baş məşqçisi Yuri Virt öz namizədlərini açıqlayıb: “Yuri Vernidubun ən güclü tərəfi motivator olmasıdır. Roman Qriqorçuk mütləq aqressiv futbol tələb edəcək. Aleksandr Şovkovski isə hər yerdə tarazlıq yaradır. Onun rəhbərliyi altında Kiyev “Dinamo”sunun nümayiş etdirdiyi oyun xoşuma gəlir. Bu, 1997-1998-ci illərdə Valeri Lobanovskinin dövründən qalma futboldur”.

Qeyd edək ki, Ukrayna ilə Belçika arasında oyunlar martın 20-də və 23-də keçiriləcək.

Shares: