“Zarya” klubunun baş məşqçisi Mladen Bartuloviç DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Xorvatiya yığmalarının mümkün qarşılaşmasına münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öz ölkəsinin millisinin daha güclü olduğunu düşünür. Onun fikrincə, xorvatlar Azərbaycan millisinin də yer aldığı D qrupuna düşsə, Ukrayna önündə şansları yüksək olar: “Ukraynanın istedadlı oyunçuları var. Hazırkı nəsil yaxşı oyunçulardan təşkil olunub. Ancaq onları kollektiv kimi formalaşdırmaq lazımdır. Məsələn, Ukraynanın U-21 komandası həmişə Xorvatiyadan yaxşı nəticələr göstərib. Ancaq A milli səviyyəsində durum fərqli olur. Çünki biz hər nəsildən 2-3 futbolçu üzə çıxarır, əsas milliyə qədər yüksəldirik. Ukraynalılar isə komanda yaradırlar, amma heç bir oyunçu fərqlənmir. Bunları nəzərə alaraq deməliyəm ki, millimiz bu qrupa düşsə, birinci yeri tutmaq şansı kifayət qədər yüksək olacaq”.

Qeyd edək ki, Millətlər Liqasının pley-off mərhələsində Fransa – Xorvatiya cütünün qalibi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna, İslandiya və Azərbaycan milliləri ilə mübarizə aparacaq.

Shares: