Türkiyə təmsilçisi “Yeni Malatyaspor” 1-ci Liqadan çəkilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sarı-qaralar” hüquqlarının qorunması şərti ilə çempionatdan çıxma tələblərini Türkiyə Futbol Federasiyasına göndəriblər.
Xatırladaq ki, bir müddət əvvəl FIFA İntizam Komitəsi “Yeni Malatyaspor”un 18 xalını silmişdi.