Yanvarın 6-da İtaliya Superkuboku uğrunda “İnter” və “Milan” arasında final oyunu baş tutub. Görüş Serjio Konseysaunun komandasının 3:2 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Portuqaliyalıya İtaliya Superkubokunu qazanmaq üçün cəmi iki matç lazım olub. Onun komandası “İnter”dən əvvəl “Yuventus” yarımfinalda məğlub edib (2:1).
Beləliklə, Konseysau “Milan” ilə bir həftə ərzində kubok qazanan ilk məşqçi olub. Bu, klubun 125 illik tarixində heç vaxt baş verməmişdi.