Ralli üzrə ikiqat dünya çempionu, dördqat vitse-çempion və dörd dəfə “Dakar” rallisinin qalibi olmuş Karlos Sayns hazırkı yarışı dayandırmaq məcburiyyətində qalıb.

“48 saat davam edən Dakar 2025 yarışının birinci hissəsində baş verən qəza nəticəsində 225 nömrəli avtomobilin (Karlos Sayns və Lukas Kruz) şassisi zədələnib. FİA-nın qaydaları nəzərə alınaraq, avtomobilin xaric edilməsi qərarı qəbul edilib”, – deyə FIA-nın bəyanatında qeyd edilir.

Bildirilir ki, şassidə mövcud olan zədələr təhlükəsizlik baxımından yarışın davam etdirilməsini qadağan edir.

Shares: