“Kalqari Fleyms” klubunun mətbuat xidmətindən verilən məlumata görə, Stenli Kubokunun dördqat qalibi Al Maknil 89 yaşında vəfat edib.
“Al təşkilatımız tərəfindən çox hörmət edilən böyük insan idi. Onun həyat yoldaşı Normaya, oğlu Allisterə, qızı Allisona, kürəkəni Pol Sparksa və nəvələri Cek və Benə başsağlığı veririk”, – deyə “Calgary Sports and Entertainment Corporation”un sədri Mürrey Edvards bildirib.
Al Maknil müdafiəçi kimi 524 MHL oyununda iştirak edib. Bu oyunlarda o, 17 qol vurub və 92 xal məhsuldar ötürmə edib.
Al Maknil “Monteal Kanadiens” ilə birlikdə üç Stenli Kuboku qazanıb. Daha bir kuboku o, “Kalqari Fleyms”in baş menecer köməkçisi vəzifəsində işləyərkən əldə edib.
O, “Kalqari Fleyms” klubunun tarixində ilk baş məşqçidir.