Azərbaycan millisinin yeni məşqçisi Rəşad Eyyubov təyinatına münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı mütəxəssis buna görə çox sevindiyini deyib:

“Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdir. AFFA rəhbərliyindən təklif gəldikdə çox da düşünmədən razılıq verdim. Çünki milli komanda hər bir məşqçinin işləmək üçün arzuladığı yerdir. Vaxtilə futbolçu kimi formasını geyindiyim milli komandaya məşqçi kimi qayıtdığım üçün çox xoşbəxtəm. Üstəlik, Fernandu Santuş kimi böyük mütəxəssisin yanında işləyərək məşqçilik təcrübəmi də artıra bilərəm. Santuş illərin təcrübəsidir, ondan çox şey öyrənəcəyimə əminəm”.

Qeyd edək ki, Rəşad Eyyubov AFFA ilə 2028-ci ilədək müqavilə imzalayıb.

Shares: