“İmişli”də “yarpaq tökümü” davam edir. I Liqa klubu daha 2 oyunçu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, mövsümün əvvəlində transfer olunan Əsgər Hüseynov və Xəyal Tomarovla bağlanan müqavilələr qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Qeyd edək ki, daha öncə komandanın iki üzvü – Bahadur Həziyevlə Elnur Cəfərov düşərgədən ayrılıblar. Bahadur “Qaradağ Lökbatan”a keçibsə, Elnur klubsuzdur.

be1f1c73 d384 4321 b739 9ac728fe138b - Futbolinfo.az
Shares: