İngiltərənin “Tottenhem” klubu futbolçusu Son Hın Min ilə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
32 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Min 2015-ci ildən “Tottenhem”də çıxış edir.