Hansi Flik istefa verə bilər. “Barselona”nın baş məşqçisi rəhbərliyə bu barədə xəbərdarlıq edib.

Futbolinfo.az xəbər verir ki, alman məşqçi klubun transfer siyasətindən narazıdır. O, qış transfer pəncərəsi dövründə ən azı bir hücumçu alınmayacağı təqdirdə işinə davam edə bilməyəcəyini söyləyib.

Klub rəhbərliyinin təcrübəli mütəxəssisin istəyini müsbət cavablandırması çətin görünür. Maliyyə problemləri üzündən çətin vəziyyətdə olan “Barselona”nın hansı addımı atacağı maraq doğurur.

Shares: