Markus Reşfordu istəyənlərin siyahısına “Milan” da qoşulub. “Rossonyerlər”in yeni baş məşqçisi Serjio Konseysao ingiltərəli hücumçunun komandaya xeyir verəcəyini düşünür.
Futbolinfo.az xəbər verir ki, İtaliya klubu “Mançester Yunayted”in xidmətindən imtina etdiyi yetirməsinin komandanı gücləmdirəcəyini düşünür. Lakin hücumçunun yüksək maaş tələbi milanlıların büdcəsinə uyğun deyil.
“Milan” əsasən icarə variantını müzakirə edir. Mançesterlilər heyətdən uzaqlaşdırdığı oyunçunun maaşının bir hissəsini ödəməyə razılaşsa, Reşford azı yaya kimi “Milan”a qoşulacaq.