“Real”ın məşqçiləri sevindirici xəbər alıb. David Alaba yenidən komanda ilə məşqlərə başlayır.
Futbolinfo.az xəbər verir ki, Avstriya millisinin kapitanı bir illik fasilədən sonra geri dönüb. Ağır zədəsini sağaldan mərkəz müdafiəçisi hələlik məşq prosesində iştirak edəcək. Onun yanvarın sonunda oyunlara çıxması da mümkündür.
Alabanın zədəsi yenidən özünü göstərsə, madridlilər təcili transfer etməli olacaq. Əks halda, mərkəz müdafiəçisi transferi yayda reallaşacaq. Həkimlər qəti fikir söyləməkdən çəkinir, ağır məşqlərin nəticələrin proqnozlaşdırmaq istəmirlər.