“AutoRacer” portalının verdiyi məlumata görə, “Ferrari” komandası tam olaraq yeni rənglərdə olacaq. Bunu fevralın 18-də Londonda təşkil ediləcək təqdimat mərasimində görmək mümkündür.

Rənglərin dəyişilməsinin səbəblərindən biri avtomobilin minimum çəkisinin 798-dən 800 kq-a qədər artırılma qaydasıdır. Maranello komandası yeni ildə maşının daha az hissəsini rəngsiz saxlayacaq. Qırmızının çaları də dəyişəcək . O, daha qatı olacaq.

Xatırladaq ki, 2025-ci il mövsümündə İtaliya komandasının heyətində Şarl Lekler və yeddiqat dünya çempionu britaniyalı Lyuis Həmilton çıxış edəcəklər.

Shares: