AFFA İcraiyyə Komitəsinin 2025-ci ildəki ilk iclası ertələnib. Öncə yanvarın 7-də, daha sonra 10-da baş tutacağı bildirilən toplantı bu həftə reallaşmayacaq.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, qurum üzvləri yanvarın 16-18-i aralığında yığışmaq istəyir. AFFA-dan xəbəri təsdiqləməsələr də təkzib də etmirlər.
Yubanmanın əsas səbəbi hazırlanan strategiya layihəsinin tam hazır olmamasıdır. Eyni zamanda legioner limiti ilə bağlı ilkin müzakirələr də yekunlaşmayıb. Lakin indidən əcnəbilərə qoyulan qadağanın yeni mövsümdən tam ləğv ediləcəyini demək olar.