Tennis üzrə ilin ilk “Böyük dəbilqə” turnirindən əvvəl yanvarın 9-da “Novak ilə gecə” xeyriyyə görüşü keçiriləcək. Turnirin saytının məlumatına görə,  tədbirə artıq 15 min bilet satılıb. Əldə olunan gəlir Avstraliya Tennis Fondu vasitəsilə bir neçə xeyriyyə təşkilatına köçürüləcək.

“Novak ilə gecə” tədbiri Cokoviç və avstraliyalı Nik Kyriosun görüşü ilə açılacaq. İkinci görüşdə onlara çinli Jenq Qingven və britaniyalı Endi Marrey qoşulacaq.

Axşamın final matçında Cokoviç və Marrey əlil tennisçilər yaponiyalı Tokio Oda və avstraliyalı Dilan Alkottla cütlükdə çıxış edəcəklər.

Shares: