“Sabah” klubu heyətini yeni basketbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, amerikalı Trey Sampsonla 2025/2026 mövsümün sonuna kimi müqavilə imzalanıb.
Karyerasına ABŞ-də NCAA Liqasında başlayan 24 yaşlı oyunçu Bolqarıstan və İsveçrədə legioner həyatı yaşayıb.
Son klubu İsveçrə təmsilçisi “Lugano Tigers” olan Sampson hücumçu mövqeyində çıxış edir.