“Şamaxı” heyətinə daha bir futbolçu qatacaq. Bölgə təmsilçisi braziliyalı hücumçunu düşərgəsinə gətirib.

Futbolinfo.az xəbər verir ki, Maykl Tique dos Santosun son klubu “Hegelmann” olub. 31 yaşlı cinah oyunçusu 2 il oynadığı Litva klubundan bir neçə gün öncə ayrılıb. Azad agent kimi gələn futbolçu ilə ilyarımlıq müqavilə imzalanacaq.

Vətənində, Portuqalyada, o cümlədən İsraildə oynamış Tique “Hegelmann”da hazırda “Turan Tovuz”da çıxış edən Aleks Souza ilə birlikdə çıxış edib. Ümumiyyətlə, o, Litvada 4 fərqli klubda oynayıb.

Xatırladaq ki, hazırda “Şamaxı”nın düşərgəsində daha bir yeni legioner var. Rumın yarımmüdafiəçi Andrey Tirkoveanu da tibbi müayinədən uğurla keçib və onunla d ilyarımlıq müqavilə imzalanacaq.

Shares: