Qazaxıstan millisinin qapıçısı Aleksandr Zarutski karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 31 yaşlı qolkiper Premyer Liqadan təklif alıb.
“Astana”dan yenicə ayrılan Zarutski hazırda azad agent statusu daşıyır. Qazaxıstan KİV-i onun yaxın günlərdə yekun qərarını verəcəyini yazıb. Qapıçının karyerasını öz ölkəsində davam etdirmək şansı daha yüksək qiymətləndirilir.
Qeyd edək ki, Aleksandr Zarutski Qazaxıstan millisinin formasını yalnız ötən il Azərbaycan yığmasına 2:3 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündə geyib.