“Ankaragücü” klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandadan ayrılacağı ilə bağlı xəbəri təkzib edib.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu paytaxt təmsilçisindəki çıxışını davam etdirəcək.

Bildirilir ki, Dadaşovun I Liqa komandası ilə 2026-cı ilin sonunadək müqaviləsi var və oyunçu kollektivlə qalacaq. Onun mövsümün sonunda da “Ankaragücü”nü tərk etməsi gözlənilmir.

Qeyd edək ki, Renat Dadaşov bu mövsüm “Ankaragücü”nün heyətində 13 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Shares: