“Sabah”dan ayrılan Rəşad Eyyubov dünən milli komandanın baş məşqçisi Fernandu Santuşun köməkçisi təyin olundu. Yığmanın sabiq üzvü ilə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
Bəs, görəsən, Masazır təmsilçisi Eyyubovun yerinə kimi gətirməyi planlaşdırır? Bu sualı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq.
“Sabah” rəsmisinin futbolinfo.az saytına verdiyi açıqlamadan aydın oldu ki, baş məşqçi Vasili Berezutskiyə yeni köməkçi lazım olmayacaq. Eyyubovun yerinə hazırda yeni təyinat nəzərdə tutulmayıb.
Xatırladaq ki, rusiyalı məşqçi həmyerlilərini özünə yardımçı gətirdiyindən Eyyubovun özü komandadan ayrılmağı lazım bilmişdi.
GÜNAY SÜLEYMANOVA