“Qarabağ”ın futbolçusu Olavio Juninyo “Flamenqo” komandasının baş məşqçisi Felipe Luislə danışdıqdan sonra İspaniya təmsilçisi “Sevilya”ya keçmək fikrindən daşınıb. Bu barədə “Uol.com” nəşri məlumat yayıb.

Braziliya A Seriyasında çıxış edən klub Azərbaycan çempionuna və 28 yaşlı hücumçuya yeni təklif göndərib.

“Flamenqo” forvard üçün 5 milyon avro (4+1) ödəmək istəyir. Juninyoya verilə biləcək mümkün maaş isə “Sevilya”nın təklifindən 3 dəfə çoxdur. Braziliyalı oyunçu ilə üçillik müqavilə imzalamaq niyyətində olan klub mövsümöncəsi onu heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən “Qarabağ”ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub. “Sevilya” forvard üçün “Qarabağ”a 4 milyon avro (3+1) təklif edib.

b3ab4a8d 7ff2 356d b5d1 4e7354fbacf2 850 - Futbolinfo.az

“Flamenqo”nun baş məşqçisi Felipe Luis karyerası ərzində İspaniyanın “Atletiko” və İngiltərənin “Çelsi” kimi tanınmış komandalarının formasını geyinib. O, 2019-cu ildə Braziliya yığması ilə Amerika Kubokunda qızıl medal əldə edib. Luis Madrid təmsilçisi ilə iki dəfə Avropa Liqasının, bir dəfə İspaniya La Liqasının, London klubunda isə İngiltərə Premyer Liqasının qalibi olub.

1701697024 filipe luis - Futbolinfo.az
Shares: